ABŞ rəsmisi: “İranla nüvə danışıqlarının dördüncü raundu ümidverici idi”

"Tehran-Vaşinqton danışıqlarının dördüncü raundu üç saat davam edib və nəticələr ümidverici olacaq".
Crossmedia.az “Axios”-a istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ rəsmisi danışıb.
Onun sözlərinə görə, tərəflər mümkün nüvə razılaşmasının texniki aspektlərini araşdırmaq üçün danışıqları davam etdirmək barədə razılığa gəliblər.
12:36 12.05.2025
Oxunuş sayı: 1009