Tramp İran neftinin Çinə ixracını dayandıra biləcək?

İran öz neftini izlənilməsi çətin olan “Kölgə donanması” tankerləri ilə Çinə daşıyır. Bildirilib ki, Çinə neft ixracı İran və ABŞ arasında olan son gərginliklərdəki ən çətin problemlərdən biridir.
Crossmedia.az-ın “Deutsche Welle”-yə istinadən xəbər verir ki, Məlumata görə, Tehran-Vaşinqton danışıqlarının dördüncü raundunun Romada başlamasına bir neçə gün qalmış qəfil təxirə salınması ilə gərginlik artıb. Həmin gün ABŞ prezidenti Donald Tramp sərt xəbərdarlıq edib ki, “İrandan neft və ya neft-kimya məhsulları alan istənilən ölkə və ya şəxs dərhal ABŞ sanksiyalarına məruz qalacaq”.
Tramp dəfələrlə bildirib ki, diplomatiya uğursuz olarsa, təzyiqləri artıracaq, bu tədbirlər illərdir sanksiyalara məruz qalan İranın neft sektoru üçün son dərəcə çətin ola bilər.
13:15 08.05.2025
Oxunuş sayı: 502