Ərdoğan və Şahbaz Şərif telefonla danışdı: Türkiyə Pakistana dəstəyini ifadə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bəyanata görə, telefon söhbəti zamanı Hindistan və Pakistan arasında artan gərginlik, mayın 6-na keçən gecə baş verən hücum və bölgədəki son vəziyyət müzakirə olunub.
Prezident Ərdoğan Pakistan xalqına başsağlığı verib, hücum nəticəsində həlak olanlara rəhmət, yaralananlara isə tezliklə sağalma arzulayıb. O, Türkiyənin bu çətin zamanda Pakistanla həmrəy olduğunu vurğulayıb.
Fatimə Məmmədova
11:43 08.05.2025
Oxunuş sayı: 639