İran XİN-nin mətbuat katibi: “Pezeşkianın Trampla görüşü ilə bağlı yayılan xəbərlər doğru deyil”

“İran prezidenti Məsud Pezeşkianın gələn həftə Trampla görüşəcəyi ilə bağlı şayiələr, Omanla danışıqlarda iştirak edən tərəflərin narazılığı, İranın birbaşa danışıqlar təklifi və bu kimi iddialar hamısı saxta və əsassız xəbərlərdir".
Crossmedia.az İSNA-ya istinadən xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai deyib.
Həmçinin, "Diplomatik aparatın fəaliyyəti, o cümlədən dolayı İran-Amerika danışıqları mövzusu ilə bağlı məlumatlar Xarici İşlər Nazirliyi tərəfindən şəffaf, peşəkarcasına və vaxtında verilir", - deyə, əlavə edib.
09:50 08.05.2025
Oxunuş sayı: 741