Con Bolton: “İranın sui-qəsd siyahısında əsas hədəf Donald Trampdır”

ABŞ-nin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, İranın Avropa və ABŞ-də geniş terror şəbəkəsi mövcuddur.
Crossmedia.az Boltonun sözlərinə istinadən xəbər verir ki, İranın hazırladığı sui-qəsd siyahısında bir neçə keçmiş və hazırkı ABŞ rəsmisinin adı var. Lakin əsas hədəf sabiq prezident Donald Tramp olaraq qalır.
O əlavə edib ki, İranın bu istiqamətdəki fəaliyyətləri Vaşinqtonda ciddi narahatlıq doğurur.
Mədinə Cəlilova
21:43 07.05.2025
Oxunuş sayı: 1041