Fransa kəşfiyyat rəsmisi: Hindistana məxsus Rafale qırıcısı Pakistan tərəfindən vurulub

Yüksək rütbəli Fransız kəşfiyyat rəsmisi CNN-ə açıqlamasında bildirib ki, Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Rafale qırıcısı Pakistan tərəfindən vurulub.
Crossmedia.az Fransız rəsmisinin sözlərinə istinadən xəbər verir ki, hazırda Fransa hökuməti bir gecədə birdən çox Rafale təyyarəsinin vurulub-vurulmadığını araşdırır.
Qeyd edək ki, Pakistan rəsmi mənbələri ötən gecə Hindistana məxsus 3 Rafale qırıcısını vurduqlarını iddia edib. Hazırda tərəflər arasında gərginlik davam edir.
Mədinə Cəlilova
21:17 07.05.2025
Oxunuş sayı: 1048