Rəisinin anasından Pezeşkiana xəbərdarlıq: “Helikopterə minmə!”

İran prezidenti Məsud Pezeşkian son günlərdə Məşhəd şəhərinə səfəri çərçivəsində ölkənin mərhum prezidenti İbrahim Rəisinin anasını ziyarət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Görüş zamanı Rəisinin anası Pezeşkiana emosional xəbərdarlıq edərək, “helikopterə minmə!” deyə bildirib.
Ziyarət ictimaiyyət və yerli media tərəfindən diqqətlə izlənilib.
Qeyd edək ki, prezident İbrahim Rəisi 2024-cü il mayın 19-da Şərqi Azərbaycan əyalətində baş vermiş helikopter qəzası nəticəsində həlak olmuşdu.
Aybəniz Səfərova
17:39 07.05.2025
Oxunuş sayı: 717