İsrailin bombaladığı Səna hava limanında bütün uçuşlar təxirə salındı

İsrailin hava hücumları nəticəsində Səna hava limanı fəaliyyətini dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Əl-Məsirə” telekanalı məlumat yayıb.
İsrail Hərbi Hava Qüvvələrinin Yəmənin paytaxtı Sənaya endirdiyi genişmiqyaslı hava hücumları nəticəsində beynəlxalq hava limanı ciddi ziyan görüb.
“Əl-Məsirə” telekanalının məlumatına görə, hücumlar həm hava limanını, həm də onun ətraf ərazilərini əhatə edib.
İlkin qiymətləndirmələrə əsasən, infrastruktur obyektlərinə dəyən zərərin ümumi dəyəri 500 milyon dollar civarında qiymətləndirilir. Hava limanında bütün uçuşlar növbəti xəbərdarlığa qədər dayandırılıb.
Hücumların nəticələri və bölgədəki vəziyyətlə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.
Aybəniz Səfərova
18:10 07.05.2025
Oxunuş sayı: 991