Bakıdan Pakistan-Hindistan gərginliyinə reaksiya: Sülhə çağırış və təxribatlara etiraz

Türkiyə Hindistan və Pakistan arasında artan gərginliyi narahatlıqla izlədiyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı rəsmi açıqlamada qeyd olunub ki, 6 may gecəsi Hindistan tərəfindən həyata keçirilən hücum genişmiqyaslı müharibə riskini artırıb.
Ankara mülki şəxsləri və infrastrukturu hədəf alan bu tip təxribatçı hücumları qətiyyətlə pisləyib və bölgədə sülhün qorunmasının vacibliyini vurğulayıb.
Bəyanatda həmçinin tərəflərə çağırış edilib ki, onlar təmkin nümayiş etdirsin, vəziyyəti daha da gərginləşdirə biləcək birtərəfli addımlardan çəkinməlidirlər.
Aybəniz Səfərova
17:42 07.05.2025
Oxunuş sayı: 959