Ukrayna dronları Rusiyanın hava nəqliyyatını iflic edib

Son sutka ərzində Rusiya ərazisi Ukrayna pilotsuz uçuş aparatları (PUA) tərəfindən münaqişə boyunca ən irimiqyaslı hücuma məruz qalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölkə hava hücumundan müdafiə qüvvələri ümumilikdə 524 dronu zərərsizləşdirib.
PUA hücumları nəticəsində bir sıra hava limanlarında fəaliyyət dayandırılıb, uçuşlar gecikdirilib və ya təxirə salınıb. Bu da Rusiyanın hava nəqliyyatı sistemində ciddi pozuntulara səbəb olub.
Rusiya Tur Operatorları Assosiasiyasının yaydığı məlumata görə, tətbiq edilən məhdudiyyətlər 60 min sərnişinə və azı 350 aviareysə təsir edib. Bu isə növbəti gecikmələrə səbəb ola biləcək “domino effekti”ni işə salıb.
Bundan əlavə, hücumlarla əlaqədar bir çox regionlarda mobil rabitə sistemində problemlər yaşanıb. Mobil internetin kəsilməsi və zəif çəkməsi halları Moskva, Yaroslavl, Tver, Nijni Novqorod, Tula, Leninqrad, Kaluqa və Kursk vilayətlərinin bəzi şəhərlərində, həmçinin Saranskda və Mordoviyanın bir neçə yaşayış məntəqəsində qeydə alınıb.
17:30 07.05.2025
Oxunuş sayı: 861