Putinin 25 illik hakimiyyəti: güc, izolyasiya və dəyişən Rusiya

2025-ci il mayın 7-də Vladimir Putin Rusiya Federasiyası prezidenti vəzifəsinə başlamasının 25-ci ildönümünü qeyd edir. Bu müddət ərzində Rusiya iqtisadi, sosial və siyasi sahələrdə əhəmiyyətli dəyişikliklərə məruz qalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “TACC” məlumat yayıb.
Rusiya rəqəmsal texnologiyaların inkişafına diqqət yetirib. İnternet və mobil rabitənin sürətli yayılması nəticəsində rəqəmsal xidmətlər genişlənib və milli texnoloji şirkətlər formalaşıb.
Hərbi Sənaye Kompleksi
Son illərdə Rusiya hərbi texnika istehsalını artırıb. 2024-cü ildə dövlət müdafiə sifarişi tam yerinə yetirilib, orduya 4000-dən çox zirehli texnika, 180 döyüş təyyarəsi və helikopter, həmçinin 1,5 milyondan çox müxtəlif tipli pilotsuz uçuş aparatı təhvil verilib.
2020-ci ildə qəbul olunan konstitusiya dəyişiklikləri prezidentin səlahiyyətlərini artırıb və ona yeni müddətə namizədliyini irəli sürmək imkanı verib. Bu dəyişikliklər milli dəyərlərin və tarixi həqiqətin qorunmasını da nəzərdə tutur.
Bu 25 il ərzində Rusiya iqtisadiyyatını sabitləşdirib, sosial proqramlar həyata keçirib və beynəlxalq aləmdə öz mövqeyini gücləndirib.
Nigar Rəhimova
15:23 07.05.2025
Oxunuş sayı: 1195