Sabiq prezidentinin anası Pezeşkiana xəbərdarlıq etdi: “Helikopterə minmə!”

Ötən günlərdə Məşhədə səfərə edən İran prezidenti Məsud Pezeşkian ölkənin keçmiş prezidenti İbrahim Rəisinin anasına baş çəkib.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, görüş zamanı sabiq prezidentin yaşlı anası Məsud Pezeşkiana xəbərdarlıq edərək, “helikopterə minmə!”, deyib.
Qeyd edək ki, İbrahim Rəisi 2024-cü il mayın 19-da Şərqi Azərbaycan əyalətində helikopter qəzasına uğrayaraq həlak olub.
15:10 07.05.2025
Oxunuş sayı: 722