Tramp Alkatras həbsxanasının yenidən açılmasını əmr etdi

ABŞ Prezidenti Donald Tramp San-Fransisko körfəzində yerləşən məşhur Alkatras həbsxanasının yenidən açılması barədə göstəriş verib. O, bu qərarı “qanunun, nizamın və ədalətin simvolu” kimi qiymətləndirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, 1963-cü ildən bəri fəaliyyətini dayandıran və hal-hazırda turistik məkan kimi istifadə olunan maksimum təhlükəsizlikli həbsxana, Trampın tapşırığı ilə yenidən istifadəyə verilə bilər. Prezident bildirib ki, Ədliyyə Nazirliyi, Federal Təhqiqat Bürosu (FBI) və Daxili Təhlükəsizlik Departamentinə Alkatrasın yenidən açılması və bərpası üçün göstəriş verilib.
Trampın fikrincə, bu addım ölkənin “ən qəddar və zorakı cinayətkarlarını” yerləşdirmək üçün zəruridir.
Lakin bu təşəbbüs Demokrat Partiyasının nümayəndəsi və keçmiş Nümayəndələr Palatasının sədri Nensi Pelosi tərəfindən tənqid olunub. Pelosi, Trampın bu təklifini “ciddi bir təklif deyil” kimi qiymətləndirib. Onun seçki dairəsinə Alkatras da daxildir.
Prezident Trampın bu qərarı ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Zeynəb Yunuszadə
14:00 07.05.2025
Oxunuş sayı: 861