Hindistan və Pakistan arasında gərginlik artır

Pakistanın müdafiə naziri Xavaca Asif bəyan edib ki, əgər Hindistan təcavüzkar hərəkətlərini dayandırarsa, İslamabad hərbi eskalasiyadan çəkinməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Bununla yanaşı, Hindistanda gecə saatlarında Pakistana endirilmiş hava zərbələri bayram ab-havası ilə qarşılanır – üç qırıcı təyyarənin itirilməsinə baxmayaraq.
Kəşmirdəki nəzarət xətti boyunca vəziyyət də pisləşir – Hindistan ordusu Çora kompleksində ağ bayraq qaldırıb. Hindistan Hərbi Hava Qüvvələrinin hücumlarına cavab olaraq, Pakistan BMT Təhlükəsizlik Şurasına 51-ci maddəyə əsasən cavab tədbirləri görmək hüququ barədə rəsmi məlumat verib.
Pakistan Müdafiə Nazirliyinin nümayəndəsi, general-mayor Əhməd Şərif Çaudrinin sözlərinə görə, Pakistan Hərbi Hava Qüvvələri Hindistana məxsus beş qırıcı təyyarəni – üç "Rafale", bir MiQ-29 və bir Su-30-u vuraraq məhv edib. Bütün təyyarələr Pakistanın hava məkanında məhv edilib.
Hindistanın təcavüzünə cavab olaraq, Pakistan cavab zərbələri endirib və tankları sərhəddən cəmi 6 km aralıda yerləşən Barqi yoluna doğru hərəkət etdirib. Hindistanın hava zərbələri nəticəsində Pakistanda ölənlərin sayı 26-ya, yaralananların sayı isə 46-ya çatıb.
Qeyd edək ki, cavab tədbirləri davam edir: bu səhər internetdə Hindistana məxsus Kəşmir ərazisində yerləşən Punç rayonunda baş vermiş güclü artilleriya atəşi ilə bağlı video yayımlanıb.
Bildirək ki, Fransanın Xarici İşlər Nazirliyi Prezident Emmanuel Makronun gələcək Roma Papasının seçkilərinə müdaxilə etdiyi barədə şayiələri təkzib edərək bildirib ki, Fransa bu prossesə heç bir təsir göstərmir.
Xumar Emilqızı
10:37 07.05.2025
Oxunuş sayı: 1108