CNN: “Husilərlə atəşkəs İran-ABŞ danışıqlarında razılşma şansını artıracaq”

CNN telekanalı ABŞ müdafiə rəsmisinə istinadən xəbər verib ki, ABŞ və husilər arasında bir-birinə hücum etməmək anlaşması İranla nüvə razılaşmasına nail olmaq üçün danışıqlar prosesini gücləndirmək üçün əldə edilib.
Crossmedia.az-ın "Əl-Ərəbiyyə" telekanalına istinadən verdiyi məlumata görə, son illərdə ABŞ və husilər arasında hər zaman vasitəçilik rolunu oynayan omanlılar bu danışıqlara şərait yaradıblar.
Qeyd olunub ki, razılaşmanın ABŞ və İran arasında nüvə sazişi üzrə hərtərəfli danışıqlar prosesini artıracağı gözlənilir.
10:29 07.05.2025
Oxunuş sayı: 994