Wall Street Journal: “Tehran-Vaşinqton danışıqları İran valyutasının dəyərini artırıb”

“The Wall Street Journal” qəzeti Tehran-Vaşinqton danışıqlarını şərh edərək yazıb ki, İsrailin sayəsində İranın nüvə proqramı indi həmişəkindən daha müdafiəsizdir. Ancaq danışıqlar yolu İrana rahatlıq hiss gətirib.
“İran rialı danışıqlar başlayandan bəri öz dəyərinin 20%-ni bərpa edib, amma ABŞ prezidenti Donald Tramp sərt siyasət formalaşdırmaq üçün vəziyyəti dəyişə bilər”.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, qəzet qeyd edib ki, ABŞ tələsmir və sanksiyalarla İranın neft ixracına ciddi təzyiq göstərmək üçün vaxta ehtiyac duyur. Bu, hərbi zərbəyə ehtiyac olmadan İranın nüvə proqramını tamamilə ləğv etməyin yeganə yoludur.
10:25 07.05.2025
Oxunuş sayı: 925