Pakistan Hindistanı raket hücumunda ittiham etdi

Pakistan Ordusunun sözçüsü, general-leytenant Əhməd Şərif Çaudhri Hindistanı Pakistan ərazisində yerləşən üç şəhərə raket zərbələri endirməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Onun sözlərinə görə, hücumlar Pəncab əyalətindəki Bəhəvalpur, habelə Azad Kəşmirdəki Kotli və Muzaffərabad şəhərlərini hədəfə alıb.
Belə ki, general Hindistanın bu addımını “qorxaqcasına” və “xain hücum” adlandıraraq, bu təxribatın cavabsız qalmayacağını bildirib. O, həmçinin qeyd edib ki, Pakistan hava hücumundan müdafiə sistemləri tam döyüş hazırlığı vəziyyətinə gətirilib və Hindistanın döyüş təyyarələrinin ölkə ərazisinə daxil olmasının qarşısı alınıb.
Qeyd edək ki, Rəsmi Hindistan hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Fatimə Məmmədova
10:17 07.05.2025
Oxunuş sayı: 821