Şahbaz Şərif: Pakistanın Hindistanın başlatdığı müharibə aktına cavab vermək hüququ var

Bu barədə Pakistanın baş naziri Şahbaz Şərif “X” səhifəsində yazıb.
Crossmedia.az-ın verdiyi məlumata görə, o qeyd edib ki, məkrli düşmən Pakistanın beş yaşayış məntəqəsinə qorxaqcasına hücumlar həyata keçirib.
“Bütün ölkə Pakistan Silahlı Qüvvələrinin arxasındadır və bütün Pakistan xalqının əhval-ruhiyyəsi və ruhu yüksəkdir. Pakistan xalqı və ordusu düşmənlə necə mübarizə aparacağını bilir. Biz heç vaxt düşmənin öz çirkin məqsədlərinə nail olmasına imkan verməyəcəyik”, - deyə, əlavə edib.
10:14 07.05.2025
Oxunuş sayı: 960