Suriya xarici şirkətlərlə əməkdaşlığı genişləndirir

Məlumata görə, ölkənin xarici tərəfdaşlar arasında ən böyük səhmdar "BlackRock" investisiya nəhəngidir. Bu qurumun yaxın zamanda Suriya Mərkəzi Bankının xarici aktivlərinin idarəetməsini ələ keçirməsi gözlənilir.
Crossmedia.az xarici mediaya istinadla xəbər verir ki, Suriya hökuməti ölkədə internet infrastrukturunu gücləndirmək üçün ABŞ-ın "UNIFI" və Cənubi Kiprin "CYTA" şirkətləri ilə müqavilə imzalayıb. Bundan əlavə, Latakiya limanının idarə olunması hüququ Rusiya şirkətindən alınaraq Yunanıstanın "CPA" liman işlətmə şirkətinə verilib.
Suriya eyni zamanda Rusiya ilə iqtisadi əlaqələri də genişləndirir. Moskva ilə bağlanan yeni razılaşmalar çərçivəsində ölkəyə taxıl və neft idxalı artırılıb.
00:04 07.05.2025
Oxunuş sayı: 889