Ermənistanın ilk prezidenti əməliyyat olundu

Ermənistanın ilk prezidenti Levon Ter Petrosyan bu gün paytaxtın klinikalarından birində cərrahi əməliyyat olunub. Bu barədə onun mətbuat katibi Arman Musinyan sosial şəbəkə hesabında məlumat verib.
Crossmedia.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, əldə olunan nəticələr qənaətbəxşdir və sabiq prezidentin yaxın günlərdə evə buraxılması gözlənilir.
Əməliyyatın detalları açıqlanmasa da, Musinyan Ter-Petrosyanın səhhətinin nəzarətdə olduğunu bildirib.
Mədinə Cəlilova
21:50 06.05.2025
Oxunuş sayı: 732