İran–ABŞ dolayı danışıqlarının dördüncü raundunun tarixi açıqlandı

“Nour News” saytının adını açıqlamadığı mənbəyə istinadən verdiyi məlumata görə, İran və ABŞ arasında dolayı danışıqların dördüncü raundu mayın 11-də Oman Sultanlığının paytaxtı Maskatda keçiriləcək.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, hələlik İran rəsmiləri danışıqların bu mərhələsi ilə bağlı rəsmî açıqlama verməyiblər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında gələn həftə Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və bəzi digər ölkələrə səfər edəcəyini bəyan edib.
Mədinə Cəlilova
20:35 06.05.2025
Oxunuş sayı: 738