İran hökuməti: “Tehran-Vaşinqton danışıqlarındakı "qırmızı xətlərimiz" aydındır”

Bu gün İran hökumətinin sözçüsü Fatimə Mühacirani keçirdiyi mətbuat konfransında ABŞ ilə aparılan danışıqlara münasibət bildirib. Onun sözlərinə görə, Tehran-Vaşinqton danışıqlarındakı qırmızı xətlər sabit və aydındır və bu mövzu dəfələrlə müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, sözçünün sözlərinə görə , tərəflər arasında yalnız nüvə məsələsi ilə bağlı müzakirələr aparılacaq. “Digər mövzular gündəlikdə deyil”, – deyə o qeyd edib.
Mədinə Cəlilova
20:21 06.05.2025
Oxunuş sayı: 891