Rusiyaya səfər edəcək əcnəbilər üçün yeni qayda: QR kod tələbi tətbiq olunur

2024-cü il iyunun 30-dan etibarən Rusiyaya səfər edəcək xarici vətəndaşlar ölkəyə daxil olmaq üçün əvvəlcədən QR kod əldə etməli olacaqlar. Yeni qaydalar vizasız giriş edən əcnəbilərə şamil olunur və “Gosuslugi RuID” platforması vasitəsilə həyata keçiriləcək.
Crossmedia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni sistemə əsasən, Rusiyaya giriş planlaşdıran əcnəbilər səyahətdən ən azı 3 gün əvvəl qeydiyyatdan keçərək şəxsi məlumatlarını, marşrutlarını və səfər məqsədlərini təqdim etməli, müvafiq sənədləri onlayn yükləməlidirlər. Fövqəladə hallarda qeydiyyat girişdən 4 saat əvvəl də mümkündür.
Tətbiq ediləcək QR kod 90 gün müddətinə etibarlı olacaq. Lakin bu, avtomatik olaraq ölkəyə girişin təmin olunacağı anlamına gəlmir – son qərar Rusiya sərhəd xidmətinin səlahiyyətində qalacaq. Eyni zamanda, sərhəd nəzarətində əcnəbilərdən biometrik məlumatların təqdim olunması tələb ediləcək.
Yeni qaydadan Belarus vətəndaşları, diplomatlar və 6 yaşa qədər uşaqlar istisna ediləcək.
Mədinə Cəlilova
20:08 06.05.2025
Oxunuş sayı: 738