İstanbul hava limanında Livana göndərilən partlayıcı maddə aşkarlanıb

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İstanbul hava limanında Livana yollanmaq üzrə olan şübhəli bir yükü ələ keçirib.
Crossmedia.az Sabah-a istinadən xəbər verir ki, yük rəsmi sənədlərdə “qida doğrayıcıları” kimi qeyd olunsa da, yoxlama zamanı onun içərisində təhlükəli cihazlar aşkar edilib.
Araşdırmalar nəticəsində məlum olub ki, Honqkonqdan göndərilən bağlamada 1300 ədəd Gold Apollo 924 R3 GP model pejer yerləşdirilib. Bu cihazların keçən il Livanda baş verən hücumlarda İsrailin xüsusi xidmət orqanı Mossad tərəfindən istifadə edildiyi bildirilib.
Cihazlar açıldıqdan sonra onların akkumulyator və enerji doldurucu hissələrində təxminən 3 qram həcmində partlayıcı maddə aşkarlanıb. Mütəxəssislərin fikrincə, bu maddə uzaqdan siqnal vasitəsilə aktivləşdirildikdə asanlıqla alovlana və partlaya bilər, bu isə insan həyatı üçün ciddi təhlükə yaradır.
Aydan Quliyeva
15:25 06.05.2025
Oxunuş sayı: 1272