RAW-ın Bəlucistandakı terror planı

Hindistanın Kəşfiyyat və Analitik Tədqiqatlar İdarəsi (RAW) Bəlucistanda zorakılıq və terrorçuluğu alovlandırmaq məqsədilə oradakı etibarlı şəxslərini aktivləşdirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Pahalqamda əvvəlki saxta bayraq (false flag) əməliyyatının uğursuzluğundan sonra, RAW iddiaya görə Bəluc Azadlıq Ordusu (BLA), Fitnə-ül-Xəvaric kimi qruplaşmaları və qeyri-qanuni Əfqanıstan vətəndaşlarını Qvadar, Kvetta və Xuzdarda hücumlar həyata keçirmək üçün istifadə edir.
Kəşfiyyat mənbələrinin sözlərinə görə, bəzi terrorçu-kamikadzeyə hədəf obyektlər barədə kəşfiyyat aparmaq imkanı verilib və onlar hücumlarını adətən avtomobil və ya motosikletlərdən istifadə etməklə həyata keçiriblər.
Hindistanın məqsədi — Bəlucistanda terrorçuluğu təşviq etməklə Pakistanda iğtişaşlar yaymaqdır. Lakin hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri Hindistanın bu planının qarşısını almaq və regionda terror fəaliyyətlərinin qarşısını kəsmək üçün fəal şəkildə işləyirlər.
Hindistanın Bəlucistandakı terrorçuluqda iştirakına dair sübutlar aydındır və bu, terrorizmin xaricdən dəstəkləndiyini açıq şəkildə göstərir.
Pərvin Hacıyeva
15:00 06.05.2025
Oxunuş sayı: 658