İran XİN rəhbəri pakistanlı həmkarı ilə görüşüb

İslamabada səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçı dünən pakistanlı həmkarı İshaq Darla görüşüb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, o, görüşdə deyib:
“Səfərimizin əsas məqsədləri bölgədəki son vəziyyəti, Hindistan və Pakistan arasındakı prosesləri nəzərdən keçirmək idi”.
Əraqçı bildirib ki, Pakistan rəsmiləri ilə görüşdə onlara İran və ABŞ arasında dolayı danışıqların son vəziyyəti haqqında məlumat verib.
11:30 06.05.2025
Oxunuş sayı: 796