İran XİN: “Tehran-Vaşinqton danışıqları ilə bağlı Omanın açıqlamasını gözləyirik”

İran xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün keçirdiyi mətbuat konfransında Tehran-Vaşinqton danışıqlarının növbəti mərhələsinə toxunub. O bildirib ki, İran dialoq və diplomatiya yolunu davam etdirməyə sadiqdir.
“Danışıqların gələcəyi ilə bağlı qarşı tərəflə birbaşa əlaqəmiz yoxdur. Bu səbəbdən Omanın açıqlamasını gözləyirik”,– deyə Bəqai qeyd edib.
Crossmedia.az XİN sözçüsünün sözlərinə istinadən xəbər verir ki, Oman rəsmiləri danışıqların vaxtı və yerini razılaşdıraraq bu barədə Tehrana vaxtında məlumat verəcəklər.
Mədinə Cəlilova
22:20 05.05.2025
Oxunuş sayı: 951