Kaya Kallas: “Aİ İranın nüvə məsələsində diplomatiyanı dəstəkləyir”

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İranın xarici işlər naziri Abbas Əraqçı ilə telefon danışığı aparıb. Görüş zamanı Kallas Aİ-nin İranın nüvə proqramı ilə bağlı diplomatik yanaşmanı dəstəklədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı İranın rəsmi xəbər agentliyi IRNA yayıb. Kaya Kallas daha sonra şəxsi “X” (keçmiş Twitter) hesabında paylaşım edərək əlavə edib: “İrandan Rusiyaya hərbi dəstəyi dayandırmasını xahiş etdim və həbsdə olan Aİ vətəndaşları və insan haqları ilə bağlı narahatlığımı bildirdim.”
Aİ rəsmisi qeyd edib ki, Avropa İttifaqı ilə İran arasında münasibətlərin inkişafı bütün sahələr üzrə paralel irəliləyişdən asılıdır.
Mədinə Cəlilova
21:41 05.05.2025
Oxunuş sayı: 639