Alen Simonyan: “Robert Koçaryan Rusiyanın Ermənistandakı casusudur”

Ermənistan Milli Məclisinin sədri Alen Simonyan sabiq prezident Robert Koçaryanı Rusiyanın maraqlarına xidmət etməkdə ittiham edib.
Crossmedia.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, Koçaryanın Ermənistandakı fəaliyyətini Moskvanın maraqları ilə əlaqələndirib.
“Fikrimcə, Robert Koçaryan Ermənistan Respublikasında Rusiyanın casusu statusuna malik bir şəxsdir”, – deyə Simonyan bildirib. Parlament sədri bu fikrin şəxsi siyasi mövqeyi olduğunu vurğulayıb: “Bu, mənim fikrimdir, mən siyasi xadiməm və siyasi bəyanatlar vermək hüququm var”.
Simonyan qeyd edib ki, Koçaryan uzun illər boyu Rusiyanın maraqlarını müdafiə edən addımlar atıb və bu istiqamətdə xidmətlər göstərib.
Robert Koçaryan və onun tərəfdarları hələlik məsələ ilə bağlı hər hansı açıqlama verməyiblər.
Mədinə Cəlilova
21:13 05.05.2025
Oxunuş sayı: 785