Mahaçqalada silahlı insident: 3 polis həlak olub


Dağıstanın paytaxtı Mahaçqalada axtarışda olan şəxslərlə polis əməkdaşları arasında silahlı qarşıdurma baş verib. İlkin məlumata görə, atışma nəticəsində 3 polis əməkdaşı həlak olub.
Crossmedia.az hüquq-mühafizə orqanlarının məlumatına istinadən xəbər verir ki, silahlı şəxslər daha sonra polisin xidməti avtomobilini ələ keçirərək hadisə yerindən uzaqlaşıblar. Cinayətkarların axtarışı istiqamətində bölgədə genişmiqyaslı əməliyyat tədbirləri davam etdirilir.
Hadisənin motivləri və iştirak edən şəxslərin kimliyi barədə rəsmi açıqlama hələlik verilməyib.
Mədinə Cəlilova
21:00 05.05.2025
Oxunuş sayı: 541