İranın müdafiə naziri ABŞ və İsraili təhdid etdi

Dünən İranın müdafiə naziri Əmir Nəsirzadə ABŞ və İsrail rəsmilərinin son açıqlamalarına cavab olaraq deyib ki, “İranın şəhərlərində çox sayda raket ehtiyatı var. Əgər müharibə olarsa, heç bir tərəddüd etmədən onlardan istifadə ediləcək”.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, o, “Əgər hücum ABŞ və ya “sionist rejim” tərəfindən olarasa, İran onların maraqlarına, bazalarına və qüvvələrinə harada olurlarsa olsunlar lazım bildikləri vaxt zərbə endirəcək”, - deyə, əlavə edib.
11:50 05.05.2025
Oxunuş sayı: 727