Tramp: ABŞ Rusiya və Ukrayna ilə “çox yaxşı danışıqlar” aparıb

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna ilə keçirilən danışıqların müsbət keçdiyini bildirib. O, həftə sonu baş tutan təmasları “çox yaxşı danışıqlar” kimi qiymətləndirib və bu barədə jurnalistlərin suallarını cavablandırarkən açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Tramp son günlər ərzində Rusiya və Ukrayna ilə bir neçə dəfə əlaqə saxlandığını deyib. Onun sözlərinə görə, tərəflər arasında, xüsusilə hərbi rəhbərlik səviyyəsində böyük nifrət olsa da, buna baxmayaraq son danışıqlar ümidverici olub.
“Son bir neçə gündə biz Rusiya və Ukrayna ilə çox yaxşı danışıqlar apardıq. Orada – iki tərəf arasında və onların generalları arasında – böyük nifrət mövcuddur. Amma son günlərdə aparılan danışıqlar çox yaxşı keçdi,” – deyə ABŞ prezidenti vurğulayıb.
Tramp konkret olaraq hansı danışıqlardan və hansı məsələlərin müzakirə edildiyindən danışmayıb. Bu səbəbdən görüşlərin detalları və nəticələri hələlik açıqlanmayıb.
Qeyd edək ki, ABŞ Rusiya-Ukrayna müharibəsində Ukraynanın əsas siyasi və hərbi tərəfdaşıdır. Vaşinqton indiyədək Kiyevə milyardlarla dollar dəyərində yardım göstərib və münaqişənin diplomatik yolla həllinə dəstək verməyə çalışır.
Fatimə Nəbiyeva
11:30 05.05.2025
Oxunuş sayı: 1524