İran XİN başçısı Pakistana səfər edib

İranın xarici işlər naziri Abbas Əraqçı səfər çərçivəsində Pakistanın yüksək vəzifəli şəxsləri ilə görüşəcək, ikitərəfli məsələlər, o cümlədən iqtisadi-ticarət əməkdaşlığı, sərhəd təhlükəsizliyi, eləcə də regional və beynəlxalq proseslərlə bağlı müzakirələr aparacaq.
Crossmedia.az bu barədə "Tasnim News"-a istinadən xəbər verir ki, Abbas Əraqçı Pakistan və Hindistan arasındakı son gərginlikdən söz açaraq bildirib ki, “İranın Pakistanla əlaqələri, digər bölgə ölkələri, o cümlədən Hindistanla münasibətləri böyük əhəmiyyət kəsb edir”.
Pakistan və Hindistanı təmkinli olmağa çağıran Əraqçı hər iki ölkə ilə İranın ikitərəfli və regional məsələləri nəzərdən keçirəcəyini açıqlayıb.
10:30 05.05.2025
Oxunuş sayı: 728