Tramp: "İranın nüvə proqramı tamamilə ləğv edilməlidir, amma mən İranın nə istədiyi ilə bağlı fikirləri dinləyəcəyəm"

"Vaşinqton üçün yeganə məqbul həll yolu İranın nüvə proqramını tamamilə ləğv etməkdir".
Crossmedia.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp NBC telekanalına müsahibəsində deyib: "Əgər bu, elektrik enerjisi istehsalı üçün sırf dinc proqramdırsa, mən bunu dinləyə bilərəm, amma İranın bu qədər nefti var, ümumiyyətlə, nüvə enerjisinə niyə ehtiyacı var?
Bayden müdaxilə etməsəydi, 7 oktyabrda İsrailə hücum baş tutmayacaqdı. İran müflis olmuşdu və HƏMAS-ın pulu yox idi.
İranın Bayden dövründən bəri 300 milyard dollardan çox nağd pulu var və bu vəziyyət mənimlə razılaşmanın qarşısını alan “saxta seçkinin” nəticəsidir.
Mən İran xalqının uğur qazanmasını çox istəyirəm. Onlar gözəl insanlardır, mən sadəcə onların nüvə silahı əldə etmələrini istəmirəm".
11:00 05.05.2025
Oxunuş sayı: 768