İsrailin istifadədən çıxardığı Patriotlar Ukraynaya gedir

ABŞ İsrailin istismarından çıxarılan Patriot hava hücumundan müdafiə sistemini Ukraynaya təhvil verməyə hazırlaşır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin özü daha müasir sistemlərin xeyrinə Patriotu istismardan çıxarır. Ukrayna, İsrail və ABŞ arasında bu sistemlərin Kiyevə təhvil verilməsi ilə bağlı danışıqlar 2024-cü ilin iyununda məlum olub.
Mətbuatda yayılan məlumatlara görə, İsraildə PAC-2 GEM-T versiyasının səkkiz Patriot batareyası var.
ABŞ daha əvvəl Ukraynaya 90-a yaxın bu tipli raket ötürmüşdü və bu raketlər İsraildən çıxarılaraq Polşa vasitəsilə göndərilmişdi.
09:56 05.05.2025
Oxunuş sayı: 733