Məşhəddəki partlayışla bağlı iddialar

Məşhəddəki partlayışın arxasında daha ciddi fəaliyyətlərin olduğu ehtimal olunur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Məşhəd şəhərində yerləşən və motosiklet mühərrikləri istehsal edildiyi iddia olunan zavodda baş verən partlayışın yalnız mülki istehsalla bağlı olmadığı ehtimal edilir.
Məlumatlara görə, “Tizpar Toos” adlı bu müəssisə, rəsmi olaraq motosiklet mühərrikləri istehsal etdiyini bildirsə də, əslində İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus raket proqramı üçün gizli şəkildə raket komponentləri də istehsal edirmiş.
Bu müəssisənin “Tiz Pars Texniki və Mühəndislik Şirkəti” ilə əlaqəli olduğu bildirilir.
Həmin şirkət isə, İranın raket proqramında əsas fiqurlardan biri olan və beynəlxalq sanksiyalara məruz qalan “Şəhid Hemmət Sənaye Qrupu”na (SHIG) bağlı, örtülü fəaliyyət göstərən ön cəbhə müəssisələrindən biri kimi tanınır.
09:50 05.05.2025
Oxunuş sayı: 704