Avropada təhlükə artır: Rusiya sabotaj və dezinformasiya aksiyalarına başlayıb

"Moskvanın xüsusi xidmət orqanları Qərbə qarşı yeni tip hücumlara başlayıblar – bunlar amansız, lakin parçalanmış və sübut edilməsi çətin olan aksiyalardır".
Crossmedia.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.
Rusiya, Avropa qitəsinə qarşı sabotaj, yanğın və dezinformasiya kampaniyasına start verib.
Litvada Ikea mağazası yandırılıb. Böyük Britaniyada Ukrayna ilə əlaqəli bir müəssisənin yandırılması ilə bağlı yeddi nəfərə ittiham irəli sürülüb;
Fransada, Eyfel qülləsinin yaxınlığında üzərində “Ukraynada fransız əsgərləri” yazılmış beş tabut yerləşdirilib;
Estoniyada daxili işlər nazirinin və yerli jurnalistin avtomobillərinin şüşələri sındırılıb. Polşada isə çoxsaylı şübhəli yanğın hadisələri baş verib.
Bəzi şərhçilər bu cür dezinformasiyanı yayan şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayır. Onların fikrincə, əgər kiminsə seçimi təxribatçı təbliğatla məşğul olmaqdırsa, bu hərəkətlər cəzasız qalmamalıdır".
22:07 04.05.2025
Oxunuş sayı: 662