Zelenski: "Rusiya atəşkəsə razı olarsa, danışıqlara hazırıq"

"Rusiya-Ukrayna müharibəsi fonunda Ukrayna üçün yeni müdafiə paketləri və gələcək əməkdaşlıq barədə mühüm qərarlar gözlənilir".
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi İnstagram səhifəsində açıqlama verib.
Onun sözlərinə görə, əsas tərəfdaş ölkələrlə həm müharibə dövründə, həm də müharibədən sonrakı bərpa prosesi üçün ciddi hazırlıqlar aparılır.
Zelenski eyni zamanda qeyd edib ki, Ukrayna Rusiyanın mövcud sanksiyalardan yayınmasına yardım edən üçüncü ölkələrdəki subyekt və sxemlərə qarşı yeni sanksiya paketləri üzərində işləyir.
Prezident Rusiyaya atəşkəslə bağlı təklif də irəli sürüb. O bildirib ki, əgər Moskva 30 günlük atəşkəsə razı olarsa, Ukrayna qısa müddət ərzində danışıqlara başlamağa hazırdır.
"Bu, növbəti mərhələlərə hazırlıq üçün ədalətli vaxt ola bilər. Rusiya müharibəni və hücumları dayandırmalıdır", – deyə Zelenski vurğulayıb.
Aybəniz Səfərova
23:16 03.05.2025
Oxunuş sayı: 777