Dəhşət: Qum fırtınası 802 nəfəri xəstəxanalıq etdi

İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində baş verən güclü qum fırtınası nəticəsində son 24 saat ərzində 802 nəfər tənəffüs və ürək problemləri ilə xəstəxanaya müraciət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Məlumata görə, xəstəxanaya yerləşdirilən şəxslərdən 92-si stasionar müalicəyə götürülüb, digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Xuzistan Meteorologiya Xidməti bölgə üçün qırmızı xəbərdarlıq elan edib. Qeyd olunub ki, hava keyfiyyəti insan sağlamlığı üçün son dərəcə təhlükəlidir.
Məlumata görə, cümə günü Əhvaz şəhərində havada tozun miqdarı hər kubmetr üçün 2159 mikroqram səviyyəsində qeydə alınıb.
Qeyd edək ki, hava keyfiyyəti indeksi üzrə 301-500 arası “təhlükəli” səviyyə hesab olunur.
Aybəniz Səfərova
22:53 03.05.2025
Oxunuş sayı: 848