Slovakiya Baş naziri Robert Fiko Qələbə Günü paradında iştirak etməyəcək

Slovakiya Baş naziri Robert Fiko 9 May Qələbə Günü münasibətilə keçiriləcək parad və digər ictimai tədbirlərdə iştirak etməyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Slovakiyanın yerli mediası məlumat yayıb.
Məlumata görə, Baş nazirin tədbirlərdən imtina etməsinə səhhəti ilə bağlı narahatlıqlar səbəb olub. Fiko, həmçinin ənənəvi ağacəkmə aksiyasını da ləğv edib və yaxın günlərdə heç bir ictimai çıxış etməyəcək.
Rəsmi dairələr hələlik Baş nazirin səhhətindəki problemlərlə bağlı ətraflı məlumat verməyiblər.
Mədinə Cəlilova
21:15 03.05.2025
Oxunuş sayı: 894