Sergey Lavrov və Subramaniam Cayşankar arasında telefon danışığı baş tutub

Rusiya xarici işlər Naziri Sergey Lavrov ilə Hindistanın xarici işlər naziri Subramaniam Cayşankar arasında telefon danışığı keçirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər ikitərəfli əməkdaşlıqla yanaşı, regional və beynəlxalq gündəmdə olan aktual məsələləri müzakirə ediblər. Xüsusilə Hindistan və Pakistan arasında artmaqda olan gərginlik diqqət mərkəzində olub. Sergey Lavrov bölgədə sülh və sabitliyin vacibliyini vurğulayıb və Rusiya tərəfinin vəziyyətin diplomatik yollarla həll olunmasına dəstək verdiyini bildirib.
Nazirlər, həmçinin Rusiya-Hindistan strateji tərəfdaşlığının inkişaf etdirilməsi, enerji, müdafiə və ticarət sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini də nəzərdən keçiriblər. Tərəflər qarşılıqlı maraq doğuran digər regional problemlər, o cümlədən Ukrayna münaqişəsi və qlobal təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.
Telefon danışığı konstruktiv şəraitdə keçib və gələcək diplomatik təmasların davam etdirilməsi razılaşdırılıb.
Mədinə Cəlilova
20:50 03.05.2025
Oxunuş sayı: 812