Rusiyadan Trampa sərt reaksiya: “iddialı bir mənasızlıq”

Rusiya Təhlükəsizlik Şurası sədr müavini Dmitri Medvedev, sabiq ABŞ prezidenti Donald Trampın İkinci Dünya Müharibəsində “ABŞ-nin digər bütün ölkələrdən daha çox şey etdiyini” iddia etməsinə sərt reaksiya verib.
Medvedev, Trampın bu bəyanatını “iddialı bir saçmalıq” adlandırıb.
Crossmedia.az Donald Trampın Truth Social platformasındaki paylaşımına istinadən xəbər verir ki, hər iki dünya müharibəsində “güc, cəsarət və hərbi dahilik baxımından heç bir ölkənin ABŞ-yə yaxın olmadığını” və “İkinci Dünya Müharibəsinin qələbə ilə nəticələnməsində ABŞ-nin açıq fərqlə ən çox töhfə verdiyini” iddia etmişdi.
Reuters agentliyinin məlumatına görə, bu açıqlama Vaşinqton və Moskvanın gərgin münasibətləri yumşaltmağa çalışdığı bir vaxta təsadüf edib.
Medvedev, Rusiyanın VKontakte sosial şəbəkəsində yaydığı açıqlamasında Trampın 8 mayı xüsusi bayram elan etmək niyyətini də şərh edərək, bunları deyib: “Bayram pis fikir deyil, amma ilk bəyanatı iddialı bir saçmalıqdı”.
O əlavə edib: “Xalqımız lənətlənmiş faşizmi məhv etmək üçün 27 milyon övladını qurban verdi. Bu səbəbdən Qələbə Bayramı bizə aiddir və 9 Maydır! Belə olub, belədir və belə də qalacaq”.
Mədinə Cəlilova
19:09 03.05.2025
Oxunuş sayı: 970