ABŞ-də 6 yaşlı fələstinli uşağı qətlə yetirən şəxsə 53 il həbs cəzası verilib

ABŞ-də 71 yaşlı Cozef Çuba, 6 yaşlı fələstinli uşağı dini mənsubiyyətinə görə 26 bıçaq zərbəsi ilə qətlə yetirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə o, 53 il həbs cəzasına məhkum edilib.
Hadisə ictimaiyyətdə geniş rezonans doğurub və nifrət zəminində törədilmiş cinayət kimi qiymətləndirilib. Məhkəmə hökmü ilə Cozef Çuba azadlığa buraxılmadan ömrünün qalan hissəsini həbsdə keçirəcək.
Mədinə Cəlilova
18:40 03.05.2025
Oxunuş sayı: 1042