Sabiq İran prezidentinin gizli nüvə danışıqları ifşa edilib

İran parlamentinin üzvü Meysəm Zuhurian keçmiş prezident İbrahim Rəisinin administrasiyası dövründə aparılan gizli nüvə danışıqları barədə məlumat verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Deputatın sözlərinə görə, Rəisi hökuməti bu danışıqları ictimaiyyətdən gizli saxlayıb və bu addım valyuta bazarının diplomatik proseslərə reaksiyasının qarşısını almağa xidmət edib.
“Danışıqlarda irəliləyiş və ya uğursuzluq valyuta məzənnəsinə təsir etməyib, çünki hökumət bu prosesi ictimailəşdirməyib”, – deyə, Meysəm Zuhurian qeyd edib.
Mədinə Cəlilova
18:15 03.05.2025
Oxunuş sayı: 945