Tramp administrasiyası Uitkoffun Rusiya və İranla danışıqlarına yanaşmasından narazıdır

ABŞ prezidenti Donald Trampın müttəfiqləri və administrasiyası Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiya və İranla danışıqlarda mübahisəli və qeyri-peşəkar davranışına görə tənqid edib.
Crossmedia.az bildirir ki , bu barədə "The New York Post" qəzeti məlumat verir.
Məlumata görə, Trampın Rusiya prezidenti Vladimir Putinin yanında şəxsi nümayəndəsinə çevrilən Uitkoff təkbaşına görüşlər keçirir. Bəzən tərcümə üçün Kremlin əməkdaşlarından kömək istəyir, bu da ABŞ-nin diplomatiyasına ziddir.
Ağ Ev rəsmilərindən biri Uitkoff barədə nəşrə bildirib ki, “yaxşı insandır, ancaq axmaq və bacarıqsızdır. Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton sosial media hesabında yazıb: “Uitkoffun İranla danışıqları vaxt itksidir”.
Nuray Mikayıllı
17:40 01.05.2025
Oxunuş sayı: 820