İsrail Fransanın yanğınsöndürmə yardımından imtina etdi

İsrail meşə yanğınlarının söndürülməsi üçün Fransanın təklif etdiyi yardımdan imtina edib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, mayın 1-i ərzində bir neçə ölkədən yanğınsöndürmə aviasiyasının İsrailə gələcəyi gözlənilir. Lakin İsrail Xarici İşlər Nazirliyi Fransaya müraciət edərək bu ölkənin yardımına ehtiyac olmadığını bildirib.
Fransa əvvəlcədən İsrailə iki ədəd Canadair CL-415 amfibiya təyyarəsi göndərmək niyyətində idi. Tərəflər bu yardımı öncədən razılaşdırmışdılar, lakin son anda İsrail bu təklifdən imtina edib.
Eyni zamanda, Kipr meşə yanğınları ilə mübarizə məqsədilə İsrailə Bell 412 tipli vertolyot göndərir. Bu vertolyotun günorta saatlarında Hatzor şəhərinə çatması planlaşdırılır.
Bundan əlavə, Xorvatiya və İtaliyadan da Canadair CL-415 tipli yanğınsöndürmə təyyarələrinin İsrailə gələcəyi gözlənilir. Yardımın məqsədi ölkənin müxtəlif bölgələrində baş verən meşə yanğınlarının qarşısını almaqdır.
Fatimə Nəbiyeva
17:10 01.05.2025
Oxunuş sayı: 851