Kral Çarlz: Xəstəliyin ən qaranlıq anları ən böyük şəfqətlə işıqlandırıla bilər

Böyük Britaniya Kralı III Çarlz, xərçəng diaqnozundan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edərək, xəstəliklə mübarizəsi zamanı insanlığın ən yaxşı tərəflərini gördüyünü bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb.
2024-cü ilin fevralında prostat vəzi böyüməsi ilə bağlı prosedur zamanı xərçəng diaqnozu qoyulan 76 yaşlı monarx, hazırda müalicə alır və ictimai tədbirlərdə iştirakını məhdudlaşdırıb. Bununla belə, dövlət işlərini və rəsmi sənədləri icra etməyə davam edir.
Dünən, Bukingem Sarayında keçirilən və xərçənglə mübarizə aparanlara dəstək məqsədi daşıyan tədbirdə çıxış edən Kral Çarlz, xəstəliklə mübarizəsinin ona insan əlaqələrinin və şəfqətin əhəmiyyətini daha dərindən dərk etdirdiyini vurğulayıb.
Kral Çarlz, sağlamlıq işçilərinə təşəkkür edərək, ailəsinin onlara dərin minnətdarlığını ifadə edib və onların fədakar fəaliyyətinin xəstələrin ən çətin anlarında işıq olduğunu qeyd edib.
Kralın müalicəsi davam edir və o, yaxın gələcəkdə ictimai vəzifələrinə tam şəkildə qayıtmağı planlaşdırır.
Nigar Rəhimova
16:25 01.05.2025
Oxunuş sayı: 674