İran rəsmisinin universitetlərdə türk dili ilə bağlı iddiası təkzib edildi

Təbriz Universitetinin Türk Dili və Ədəbiyyatı kafedrasının müdiri Məhəmməd Əli Musazadə Şərqi Azərbaycan əyalətinin təhsil üzrə baş direktoru İsfəndiyar Sadiqinin “heç kim universitetdə türk dili və ədəbiyyatını ixtisas seçməyə razı deyil” sözlərini yalanlayıb.
Crossmedia.az bu barədə İran mediasına istinadən məlumat verir.
Musazadənin sözlərinə görə, bu iddia yalandır və hər il ixtisas seçimində tələbələr bu sahəni seçirlər.
“Bu sahənin məzunlarının işə qəbulu ilə bağlı dəfələrlə müraciət etməyimizə baxmayaraq, hökumət hələ də bununla bağlı heç bir tədbir görməyib. Digər tərəfdən, bu sahənin mövcudluğu ilə bağlı da insanların yetərincə məlumatı yoxdur", - deyə, Əli Musazadə qeyd edib.
15:45 01.05.2025
Oxunuş sayı: 654