İran İraqdakı təlim düşərgələri vasitəsilə Suriyaya müdaxilə etməyə çalışır

İran Bəşar Əsəddən sonrakı Suriyada öz hərbi təsirini sakitcə bərpa edir.
Crossmedia.az İsrailin “Ynet” nəşrinə istinadən xəbər verir ki, İran hökuməti səssizcə İraqdakı şiə qruplarından və SEPAH-ın Qüds qanadından istifadə edərək, Tehrana yeni bağlı qüvvələr yaratmaq üçün İraqın qərbində, Suriya sərhədindən bir neçə kilometr aralıda yerləşən Ənbar səhrasındakı ucqar düşərgələrdə keçmiş Suriya rejiminə sadiq şəxslərə təlim keçir.
Ənbardan olan şahidlər, yüzlərlə suriyalı əsgərin Hizbullah da daxil olmaqla, iraqlı silahlı qruplara məxsus texnikaların səhra düşərgələrinə aparıldığını gördüklərini bildiriblər.
15:00 01.05.2025
Oxunuş sayı: 736