BAEA: “Tehran Vaşinqtonla ciddi danışıqlara başlayıb, ancaq...”

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İran bir neçə ildən sonra ilk dəfə olaraq “ciddi yanaşma” ilə ABŞ ilə nüvə danışıqlarına qatılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Qrossinin sözlərinə görə, İranın bu yanaşmasına baxmayaraq, hələlik heç bir razılaşma əldə olunmayıb.
“Bir neçə il ərzində ilk dəfədir ki, İranın məsələnin mahiyyəti ilə bağlı bu qədər ciddi, birbaşa və səmimi dialoqa girdiyini görürəm”, - deyə, Qrossi vurğulayıb.
14:00 01.05.2025
Oxunuş sayı: 639